SEÇMƏ

Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır

Yayımlandı: 18 Noyabr 2022 13:34

Məsələ Milli Məclisdə müzakirə olunacaq

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Məsələ Milli Məclisin 18 noyabr iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Azərbaycan həmçinin Fələstində diplomatik nümayəndəlik açacaq.

Bildirilir ki, Milli Məclisin bugünkü iclasında deputatlarAzərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini müzakirə edəcəklər.

Eyni zamanda, Azərbaycanın Albaniya və Keniyada səfirliyinin açılacağı da bildirilib.

Azərbaycanın Fələstinlə diplomatik əlaqələr 1992-ci ilin apreldə qurulub.

2018-ci ilin noyabr ayında Azərbaycan “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”na ev sahibliyi edib.

İsrail Azərbaycanın müstəqilliyini 1991-ci ilin 15 dekabr tarixində tanıyıb.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.

Albaniya-Azərbaycan münasibətləri 1993-cü ilin sentyabrında qurulub.

Azərbaycanın Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2016-cı ildən Mirkazım Kazımov işçi qrupunun rəhbəridir.

Noyabrın 14-də Azərbaycan dövlət başçısı İlham Əliyev Albaniyaya rəsmi səfər edib.

Keniyayla isə diplomatik əlaqələr 2004-cü ilin mayında qurulub.

Meydan TV

Gözdən qaçırmayın:  Paşinyan Putinin yolunu gedir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button