Xəbərlər

Azərbaycan İsraildə səfirliyini açır

Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün, noyabrın 18-də keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda isə Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər açılmayıb.

2011-ci ilin iyununda isə Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Lakin Fələstində də Azərbaycanın səfirliyi yoxdur.

Onilliklərdir İsrail və Fələstin arasında zaman-zaman insan itkiləri ilə nəticələnən münaqişələr baş verib.

Azərbaycan rəsmiləri bildirirlər ki, Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyirlər.

2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.

Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyəti dönəmində Yerusəlimi – Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. ABŞ-dan sonra Çexiya da oxşar qərar verib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Ağdam və Xocalıda vəziyyətin yenidən gərginləşdiyi xəbər verilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button