Loading...
Loading...
Siyasət

Azərbaycan Jirinovskiyə görə Rusiyaya nota verdi

Bakı/01.08.21 Rusiya Federasiyası (RF) səfirliyinin Azərbaycanda müvəqqəti işlər vəkili ilə bu gün, 2021-ci il avqustun 1-də Azrəbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir. 

Məlumata görə, görüş zamanı RF Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyinin və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Məlumatda vurğulanır ki, RF Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışı qeyri-etik olmaqla yanaşı, həm də dövlətlər arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna da uyğun deyil: “Münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”.

Məlumatda deyilir ki, sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.-05D-

Xatırladaq ki, Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dumasının depitatıdır. Bəzən çox keçmiş reaspublikalarının, o cmlədən Azərbaycanın da ünvanına tənqdi, hətta təhqirə keçə bilən ifadələr işlədir.  -0-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button