Loading...
Loading...
Cəmiyyət

Azərbaycan MN: “Mövqelərimiz atəşə tutulub” 

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 17-də saat 23 radələrində məlumat yayıb.
Məlumata görə, avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.
Məlumatda qeyd edilir ki, qarşı tərəfə cavab verilib, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Ermənistan tərəfi isə atəşkəsin pozulmasına görə Azərbaycanı günahlandırır.

Ermənistan tərəfi də avqustun 17-si saat 14: 45 radələrindən mövqelərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulduğunu bildirir.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, insident Ermənistan-Azərbaycan sərhədinin Geqarkunik istiqamətində-xüsusilə də Sotk ərazisində qeydı alınıb.
Nazirliyin məlumatına görə, nəticədə bir Ermənistan əsgəri əsgəri yaralanıb, amma əsgərin həyatı təhlükədə deyil.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, erməni tərəfinin cavab tədbirləri nəticəsində qarşı tərəfdən 1 nəfər həlak olub, bir nəfərsə yaralanıb.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılşmaya əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button