Xəbərlər

Azərbaycan mövqelərinin vurulduğunu deyir

Ermənistanın Müdafiə Nazirliyi öz növbəsində noyabrın 17- də Azərbaycan tərəfdən açılan atəş nəticəsində bir  hərbçilərinin yaralandığını bildirmişdi

Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu deyir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə,noyabrın 18-də saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində mövqelərini atıcı silahlardan atəşə tutub:

“Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.”

AMN vurğulayıb ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələri adekvat cavab tədbirləri görüb.

Bu məlumata, hələlik, qarşı tərəflərin münasibəti bəlli deyil.

AMN noyabrın 17-də isə bildirmişdi ki, “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri” müşahidə edilib.

Ancaq Ermənistanın Müdafiə Nazirliyi öz növbəsində noyabrın 17- də Azərbaycan tərəfdən açılan atəş nəticəsində bir hərbçilərinin yaralandığını bildirmişdi.

Daha öncəki günlər isə Qarabağda tanınmayan qurumdan deyilmişdi ki, Azərbaycan tərəfi kənd təsərrüfatı işlərilə məşğul olan dinc sakinlərə atəş açıb.

Bu il sentyabrın 12-13-də isə Azərbaycan və Ermənistan sərhədində vəziyyət daha da gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırdılar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbayca isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Putin Əliyevə zəng edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button