Now Reading:
Azərbaycan müdafiə naziri iranlı həmkarı ilə görüşüb

Azərbaycan müdafiə naziri iranlı həmkarı ilə görüşüb

İranda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprelin 16-da Tehranda bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqan ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüş zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Bundan başqa, regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprelin 15-də İran İslam Respublikasına gedib.

24saat.org

Mənbə – azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.