Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi rusiyalı generalın təxribat xarakterli bəyanatına cavab verib

Bakı/07.03.22 Azərbaycanın Müdafiə Nazirliyi Rusiya Federasiyasının yüksək rütbəli hərbçisinin təxribat xarakterli açıqlaması ilə bağlı bəyanat yayıb.

Bekə ki, bu gün Rusiya Federasiyasının Müdafiəyə Nəzarət Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazisinə göndərilən humanitar yardım barədə məlumat verərkən deyib ki, “14 ton zəruri əşyalar Ukraynaya Dağlıq Qarabağdan gətirilib”.

Azərbaycan Müdafiə Nazirliyi  bəyanatında vurğulayır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
«Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur
Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur», – daha sonra sənəddə deyilir.
Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.—06D-

 

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button