2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Naxçıvandan Türkiyəyə ixrac üçün güzəşt əldə etmək istəyir

Azərbaycan Türkiyə ilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün danışıqlar aparır.

Bu barədə Trend-ə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, Türkiyədə, xüsusilə də aqrar məhsulların gətirilməsinə görə gömrük rüsumları çox yüksəkdir: “Biz Türkiyəyə ixracı genişləndirmək üçün danışıqlar aparırıq. Bu kontekstdə Naxçıvan MR-də istehsal olunan malların Türkiyəyə ixracına görə güzəşt əldə etmək istəyirik”.

Saytların yığılması Saytlarin yigilmasi

S.Babayev bildirib ki, söhbət Türkiyəyə müxtəlif məhsullar, o cümlədən mineral suların tədarükündən gedir: “Azərbaycan danışıqların qısa müddətdə başa çatacağına ümid edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button