Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Azərbaycan neftini kim alır? – 24 saat

2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan 3,6 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, Portuqaliya, İsrail, Ukrayna, Tailand, Böyük Britaniya, Tunis, Almaniya, Rumıniya, İspaniya, Hindistan, Çexiya, Belarus, Avstriya, İrlandiya, Türkiyə, Rusiya.

Rəsmi hesabata əsasən, 2022-ci ilin ilk rübündə Azərbaycanda 8,3 milyon ton əmtəəlik xam neft hasil olunub. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel göstərilib.

Beynəlxalq razılaşma aprel üçün gündəlik hasilatı 682 min barrel, may üçün 688 min barrel müəyyən edib.

2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33 dollarla başlayıb.

24 saat” “Azərbaycan neftini kim alır? – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button