Gündəm

Azərbaycan nümayəndə heyəti Strasburqa gedir


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Milli Məclisin saytı məlumat yayıb.Məlumata görə, onlar AŞPA-nın qış sessiyasında iştirak etməlidirlər.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinlənilməlidir: “Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş ( 2020-ci il) parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal, praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq”

Xatırlatma

Azərbaycan 2001-ci ilin ynvarın 17-dən Avropa Şurasının üzvüdür.Bu quruma üzv olarkən Azərbaycan demokratiya, insan haqları və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button