Xəbərlər

Azərbaycan ordusunun hərbçisi həlak olub

İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanan hərbçi bu gün, aprelin 16-da vəfat edib.

Müdafiə Nazirliyindən “Turan”a bildirildiyinə görə, həmin hərbçi aprelin 3-də Suqovuşan istiqamətində, azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat verərək vurğulamışdı ki, Ermənistan tərəfi işğaldan azad olunan ərazilərdə basdırılan minaların xəritəsini onlara təqdim etmir.

Bəyanatda deyilirdi ki, ötən ilin noyabrında üçtərəfli sazişindən sonra mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85-i (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan, Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu döyüşlər nəticəsində Azərbaycan tərəfdən 2900-ə yaxın hərbi qulluqçunun həlak olduğu, 20-dən çoxunun isə itkin düşmüş hesab edildiyi bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Azərbaycan ordusunun hərbçisi həlak olub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button