2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan parlamenti Rusiya Dövlət Dumasının üzvünə etiraz etdi

“Hər zaman Azərbaycanın düşməni olan Zatulin erməni diasporunun dəstəyi ilə Dumaya üzv seçilib”

“Ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir. Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə o cür başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeyi dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”.

Bunu Milli Məclisdə deputat Siyavuş Növruzov deyib. O, Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin Ermənistanın paytaxtında “Lazerev klubun”unun toplantısında Azərbaycanla bağlı fikir səsələndirməsinə münasibət bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var: “Ermənistanda hər zaman iqtisadi-siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi ortaya çıxır. Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı-Tbilisi-Qars müqaviləsinin vaxtı uzadıldı və ölkələr də buna imza atdı”.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, dövlət başçıları, xalqlar, millətlər arasında münasibətlər aydındır:

“Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda (“Lazerev klubu”nun iclasını nəzərdə tutur) erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda kimlər tədbirlər edir? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”

Fərəc Quliyev
Fərəc Quliyev
“Biz hansı atəşkəsdən danışmalıyıq?”

Deputat Fərəc Quliyev bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə birlikdə bəyanat qəbul etdilər:

“Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sakitçilik bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvanda “Lazerev klubu”nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Vladimir Kazimirov çıxış etdi. Onlar institutlaşmış şəkildə Azərbaycana qarşı mövqelər sərgiləyirlər”.

Deputat deyib ki, Azərbaycan tərəfin atəşkəş barədə fərqli mövqeyi olmalıdır: “Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır. Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirdilər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə, onları vuracağıq. Başa düşmürəm ki, bizim sərhəd xəttimiz təmas xəttidir? Azərbaycan sərhədini keçən düşmən tərəfin vasitələri vurulmalıdır. Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq”.

“Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil”

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Zatulinin İrəvanda “Lazerev klub”unun iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirlər Azərbaycanla yaxşı münasibətləri olan Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir. O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil: “Zatulinin bu addımı Ermənistanla Rusiya arasında soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil. “Lazerev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən deputat söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil. Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyə ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdir. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

Oktay Əsədov
Oktay Əsədov
Spiker: “Volodinə məktub yazmışam, yəqin ki, bir ölçü götürüləcək”

Spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinlə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçislav Volodinə müraciət etdiyini bildirib:

“Zatulin hər zaman Azərbaycanın düşməni olub. O, erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib. Zatulin MDB-nin adına institut yaratmışdı ki, həmin institut erməni diasporu tərəfindən maliyyələşir. “Lazerev klubun”un üzvü olan Vladimir Yevseyev adında biri var. Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır. Belə cılız münasibətlərlə Rusiya Azərbaycan münasibətlərini pozmaq mümkün deyil. Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.

XİN də bəyanat verib

Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazerev klubunun” birinci iclası barədə məlumatlar yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda qeyd olunub ki, özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

“Təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür”, – bəyanatda bildirilib.

XİN bəyan edib ki, Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button