Now Reading:
Azərbaycan pasportları İŞİD-də – VİDEO

Azərbaycan pasportları İŞİD-də – VİDEO

İraq hərbçiləri “Twitter” hesablarında Mosulda İŞİD sıralarında döyüşən xarici vətəndaşların pasportlarının videosunu paylaşıblar.

24saat.org haqqin.az-a istinadən xəbər verir ki, keçən ilin oktyabr ayından Mosulda “İslam dövləti” terror qruplaşmasına qarşı əməliyyat aparılır.

Videoda tapılan pasportlar arasında ən azı iki azərbaycanlının pasportu da var. Azərbaycan vətəndaşlarının pasportlarının nə zaman və hansı şəraitdə tapıldığı məlum deyil.

Amma İraq hərbçilərinin əməliyyatlar nəticəsində məhv edilmiş yaraqlıların pasportlarını nümayiş etdirdikləri ehtimal edilir. Azərbaycan pasportlarından başqa videoda Rusiya və bir sıra ərəb ölkələrinin pasportlarını da görmək mümkündür.

A.M.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.