Now Reading:
Azərbaycan prezidenti: “Tezliklə “Şahdəniz-2”dən qazın borulara ötürülməsinə başlanılacaq”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olunub.

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırlayıb və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğulayıb. Dövlət başçısı tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirib.

Nazir Berat Albayrak “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd edib. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını deyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.