Loading...
Loading...
Siyasət

Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfəri

Áàêó/29.08.21 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda və Füzuli beynəlxalq hava limanında son tamamlama işləri ilə tanış olub.

Prezidentin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.

Bundan başqa  dövlət başçısı Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

Xalq artisti Bülbülün də  ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin  heykəlinin açılışı mərasimi baş tutub.

Bundan əlavə, Şuşada yeni otel və konfrans mərkəzinin, habelə yaşayış massivinin təməli qoyulub.—06D-

 

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button