2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Prezidentinin Şuşa Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir

Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlə dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, Şuşada Qlobal Media Forumu Rusiya mətbuatı tərəfindən geniş işəqlandırılıb.

TASS agentliyində “argumenti.ru”, “iz.ru”, “mk.ru” saytlarında yayımlanan informasiyalarda Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, Bakıda keçirilən Rusiya-ABŞ dialoqu, ölkəsinin Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılması, Transxəzər layihəsi ilə bağlı fikirlərinə geniş yer verilib. Xüsusilə vurğulanıb ki, Azərbaycan Prezidenti indiki şəraitdə Rusiya ilə ABŞ arasında təmasların potensial olaraq Azərbaycanda yenə də bərpa edilə biləcəyini bildirib. İki ölkə arasına münasibətlərə gəlincə, dövlət başçısı Bəyannamə imzalanandan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu deyib.

Əlcəzairin “al24news” portalı da Şuşada keçirilən Qlobal Media Forumundan yazıb. Bildirilib ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu media sahəsində yeni tendensiyalar üzrə ən yaxşı təcrübələr barədə fikri mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır.

Ümumi müzakirələr zamanı çıxış edən ekspertlər və mütəxəssislər vurğulayıblar ki, media sənayesində qabaqcıl texnologiyalardan geniş istifadə və qlobal rəqəmsallaşma bütün dünyada yeni media mənzərəsinin və bu sektorda yeni dinamikanın yaranmasına səbəb olub.

albawabhnews.com” saytında dərc olunan məqalədə Prezident İlham Əliyevin xüsusilə Ermənistanla müharibədə Qələbədən sonra ölkəsinin işğaldan azad edilmiş rayonlarının inkişafının əsas prioritet olması ilə bağlı fikrinə diqqət çəkilib. Eyni zamanda, bildirilib ki, Azərbaycan Prezidenti ölkəsinin Ermənistanla müharibə nəticəsində uzun illər çəkdiyi əziyyətlərdən sonra sabitliyə və inkişafa nail olmağa çalışdığını vurğulayıb.

Portal yazır ki, Azərbaycanın dövlət başçısı Forum iştirakçıları ilə görüşündə işğaldan azad olunmuş ərazilərdəki mina partlayışlarından, Ermənistanın işğal vaxtı həmin torpaqlarda çoxsaylı minalar basdırmasından, onların xəritələrini verməməsindən, həmçinin ölkəsinin minatəmizləmə istiqamətində gördüyü işlərdən, həmçinin Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlardan bəhs edib.

Omanın omannews.gov.om” saytı və “alwatan.com” nəşri də Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundan yazıb.

Bildirilib ki, 49-dan çox ölkəni təmsil edən 150-dən çox jurnalist və mütəxəssisin iştirak etdiyi forumun açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yadda qalıb.

Tədbirdə dünyada baş verən dəyişikliklər fonunda medianın inkişafı, media institutları arasında təcrübə mübadiləsi, müxtəlif media məsələləri müzakirə olunur.

Qazaxıstanın “www.egemen.kz” saytında yayımlanan informasiyada Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda İkinci Qarabağ müharibəsindən sonra ona dəstək verən Mərkəzi Asiya ölkələrinə təşəkkür etdiyini diqqətə çatdırılıb. Xəbərdə dövlətimizin başçısına istinadla vurğulanıb: “Orada (Füzuli rayonunda – red.) məktəb var və o, səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Həmçinin incəsənət mərkəzi var, Qazaxıstan tərəfindən ianə kimi ayrılıb…Bu, çox mühüm bir jest idi və həmrəylik nümunəsi idi”.

Qeyd olunub ki, bu il Qazaxıstan Prezidentinin qərarı ilə bu il Füzuli şəhərində Qazaxıstan tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməli qoyulub.

Bu ölkənin www.inform.kz portalında yayımlanan məqalədə isə Şuşanın ev sahibliyi etdiyi Forumdan 200-dən çox nümayəndənin iştirak etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, üçgünlük tədbir mediada müasir çağırışlar və problemlər, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə, eləcə də bu gün rəqəmsallaşma prosesindən keçən ənənəvi kütləvi informasiya vasitələrinin gələcəyi kimi mövzuların müzakirəsi və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır.

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər barədə silsilə materiallar yaymaqda davam edib.

AZƏRTAC-a istinadla yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button