Loading...
Loading...
Xəbərlər

Azərbaycan Qazaxıstanın müstəqillik nailiyyətlərini qoruyacağına inanır – C.Bayramov

Áàêó/11.01.22 Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. Bu bəyanatı yanvarın 11-də Azərbaycan XİN başçısı Ceyhun Bayramov Türkdilli Dövlətlər Təşkilatının XİN başçılarının onlayn formatda keçirilən növbədənkənar görüşündə bildirib.

Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir. Ötən həftə baş verən hadisələrin insan tələfatı və yaralanması ilə nəticələnməsi xüsusilə təəssüf doğurur. Bununla əlaqədar biz, ölənlərin ailələrinə, yaxınlarına və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə şəfa tapmasını diləyirik.”, deyə Bayramov bildirib.

Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. “İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir”, deyə Bayramov əlavə edib.

O, müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacağına inam ifadə edib.

“Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir. Bununla əlaqədar biz, Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu bəyan edən 6 yanvar 2022-ci il tarixli Bəyanatını alqışlayırıq. Bunu biz, Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk”, deyə Bayramov bildirib.

“Qeyd olunanlar müstəvisində, biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik”, deyə Bayramov sonda qeyd edib. -06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button