2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycan rəsmiləri sanksiyaları çoxdan haqq edib

Sentyabrın 7-də ABŞ senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib.

Bildirilir ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət katibindən rica edilir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

Düzəliş 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub və hazırda Vaşinqtonda tam komitə heyəti tərəfindən nəzərdən keçirilir.

“Alver edən də, andına və peşəsinə xəyanət edən də Azərbaycanın hakim rejimidir”

Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu bildirib ki, ilk növbədə, gözləntimiz, əlbəttə, Mehman Əliyevin qeyd-şərtsiz və dərhal azad olunmasıdır:

“O, belə rəftara layiq deyildi. Azadlıqda olsaydı, özü bu müzakirələrin mərkəzində olmasından narahatlıq keçirərdi. Təvazökarlığı bir yana qalsın – bu barədə saatlarla danışmaq olar – Mehman bəy jurnalist peşəsinin bizə həvalə etdiyi güclə yanaşı, məsuliyyətini də çox gözəl dərk etməklə onu yalnız və yalnız ictimai məlumatlandırmaya yönəltməyin tərəfdarıdır. Nə özü, nə də yaratdığı ailə heç vaxt nəfəsini, gücünü və enerjisini bu çərçivədən kənarda tükətməyib. Biz heç vaxt öz peşəmizə, jurnalistikada içdiyimiz anda xəyanət etməmişik. Nə də ki, onu alver predmetinə çevirmək heç ağlımıza da gəlməyib”.

“Alver edən də, andına və peşəsinə xəyanət edən də Azərbaycanın bugünkü hakim rejimidir. “Turan”İA-a qarşı bu formada savaş açmaq, Mehman Əliyevi heç nə üstündə həbs etmək isə bu xəyanətin yalnız təkrarlanması yox, həm də cılızlaşmış mərhələyə enməsidir. Bunu nə siyasətlə, nə də cəhalətlə əlaqələndirməzdim – hərçənd ki, müəyyən formada ikisinə də böyük pay düşür – bu, avtoritarlığın hüdudlarının bitdiyi ən son nöqtədir… Öz aləmlərində kiminlə hansi siyasi alveri edəcəkdilər, hansı “axşam bazarlığı”nı həyata keçirəcəkdilər, özləri daha yaxşı cavab verər bu suala. Amma son iki həftə ərzində dünyanın demək olar dörd bir küncündən, bütün mütərəqqi düşərgələrdən, hətta “evin içi”ndən onlara yönələn çağırışların, qınaq və tənqidlərin səbəbini hələ də dərk etməyiblərsə, buyurub güzgüyə nəzər salsınlar”,-Raufoğlu belə deyib.

Onun sözlərinə görə, Azərbaycan rəsmiləri viza sanksiyalarını çoxdan haqq edib:

“Demokratiya qənimlərinin demokratik dünyada nə işi? Hərçənd, Mehman bəy bunu onlara yaraşdırmazdı. Çox sadə bir izahat ilə: “Azərbaycanlı adını daşıyırlar, bu gün-sabah ayılıb səhvlərini başa düşəcəklər, islahata gedəcəklər…” deyərdi. Amma nə edəsən həqiqət ondadır ki, özləri və əlaltılarının Qərb paytaxtlarında demokatiyanın bəxş etdiyi azadlıqlardan bəhrələnməklə oynadıqları çirkin oyunlar, törətdikləri cinayətlər artıq ictimai diqqəti cəlb edib.

Mehman bəyin təbirincə desək, “proses gedir”. Qərb insanı artıq xeyli vaxtdır ki, belə kleptokrat ünsürlərin, demokratiya oğrularının müəyyənləşdirilib qapı kandarına atılmasını tələb edirdi. Problem ondadır ki, artıq Azərbaycanın hakim rejimi bunun acısını başa düşməyə başlayıb. Odur ki, “qarğa, məndə qoz var” məntiqi ilə diqqəti özlərinə cəlb etməyə çalışırdılar”.

“Mehman bəyin vəziyyətində bu iş cəmi 10 gün çəkdi”

Senatda təqdim olunan sanksiya düzəlişini əyani sübut adlandıran jurnalist hesab edir ki, adi bir “qığılcım” onlara qarşı kəskin qərarların qəbuluna kifayət edir:

“ABŞ siyasi mətbəxinə yaxından bələd olanlar bunu təsdiqləyər – adətən, bu kimi sanksiya təşəbbüslərini Senat dəhlizlərinə çıxarmaq üçün illər deməsəm da, aylar həsr edilir. Amma Mehman bəyin vəziyyətində bu iş cəmi 10 gün çəkdi. Nə Azərbaycan hakimiyyətinin milyardlar hesabına aldığı lobbiçiləri, nə də elə öz tay-tuşları – ermənilər Konqresdə bu gücə malikdirlər. Azad sözün, demokratik dəyərlərin bu formada ardıcıl olaraq ayaqlar altına atılması bütün mütərəqqi cəmiyyətlərdə ikrah hissi doğurur və Mehman bəy, eləcə də digər günahsız həmkarlarımız həbsdə qalacağı müddətdə bu proses dayanmayacaq. Odur ki, sanksiyalar artıq qarşısıalınmaz mərhələyə yetişib və bu prosesin davamı gələcək”.

“Təklif tezliklə Senatdan keçəcək, ardınca digər addımlar da atılacaq”

Ə.Raufoğlu düşünür ki, qısamüddətli perspektivdə Azərbaycan hakimiyyətinin bir yolu var:

”Ya Mehman bəyi təcili azad edib “Turan”İA-a qarşı bütün iftiralarına son qoysun, ya da… Başqa istiqamət görünmür. Bu sanksiya təklifi tezliklə Senatdan keçəcək. Ardınca digər addımlar da atılacaq. Fərqi yoxdur, Bakıda rəsmilər bu oyunu nə üçün oynayırlar – istər iqtisadi-maliyyə maraqları olsun, istərsə də, Qərb paytaxtlarına səfər istəyi. Bütün hallarda, bazarlıq üçün səhv “məhsul” seçiblər. “Turan”İA Azərbaycan xalqının milli sərvətidir. Təkcə Azərbaycanda yox, bütün post-sovet regionunda Rusiyanın informasiya blokadasını yarmaq üçün yaradılmışdı bu agentlik. Sərvətlərinə, dəyərlərə hörmətsizlik edənlərin özləri kimi, neft-qazı da, Qərb alıcılarına sadəcə ürək bulandıran naftalin iyindən başqa heç nə demir… Uzunmüddətli perspektivdə isə Azərbaycan hakimiyyəti həbsdəki bütün günahsız insanları ən qısa müddətdə azadlığa buraxmaqla, eləcə də onların qanunsuz həbsinə şərait yaradanları özləri cəzalandırmaqla bu işin təşəbbüsünü Qərbin ədalət mühakiməsindən alıb, öz əlinə götürmüş olacaq. Başa düşməlidirlər ki, ədalət var və bərpa olunacaq. Ya bunu indi özləri edəcək, ya da onların əvəzinə edən tapılacaq”. (meydan.tv)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button