2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi məhsul alıb

İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir”

Azərbaycan Rusiyadan 5 milyard dollardan çox dəyəri olan hərbi-texniki təyinatlı məhsul alıb. TASS-ın məlumatına görə, sentyabrın 1-də prezident İlham Əliyev bu barədə danışıb. Rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının yekunları haqda məlumat verən prezident deyib ki, hərbi-texniki sahədə gələcək əməkdaşlıq məsələsini müzakirə ediblər:

“Bu əməkdaşlığın artıq böyük ənənələri var. Azərbaycanın Rusiyadan aldığı hərbi-texniki təyinatlı məhsul 5 mlrd. dollardan artıqdır və artış təmayülünə malikdir. Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarlara tədarükçüsüdür”,- Azərbaycan prezidenti qeyd edib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button