2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan səfirliyinə hücum və Avropanın enerji təhlükəsizliyi

Yayımlandı: 9 Avqust 2022 12:26

Səfirliyin ələ keçirilməsi Aİ-ABŞ və rəsmi Bakı arasında münasibətlərində yüksək gərginlikdən xəbər verə bilər

Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum və səfirliyin “Mehdinin Qulluqçuları Birliyi” radikal şiə təşkilatı tərəfindən qısa müddətə ələ keçirilməsi təşkilatçıların ümid etdiyi effekti vermədi. Axtarış motorlarında təxribata ən çox Azərbaycan və Ermənistan KİV-ləri və “Metro”, “Dailymail”, “Eurasianet” kimi bir neçə Qərb nəşri maraq göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Bir halda ki, bu, qeyri-adi hadisə idi, hər hansı dövlətin diplomatik missiyasının ələ keçirilməsi haqqında çox nadir eşitmək olar. Qərb dairələrinin zəif reaksiyası onların aksiyanın müstəqil xarakter daşıdığından, Aİ və ABŞ-ın Azərbaycanın avtoritarizmdən demokratiyaya keçidini sürətləndirmək üçün ölkə hökuməti ilə dialoqu intensivləşdirdiyi bir şəraitdə ehtiyac olan butaforiya olmadığından əmin olmadıqlarını göstərirmi?

Aİ-ABŞ koalisiyası və Azərbaycan arasında məsləhətləşmələrin sıxlaşmasının hər dəfə rəsmi Bakının dini qruplar və ilk növbədə İranpərəst şiələrlə münasibətlərində gərginliyə səbəb olduğu faktını gizlətmək olmaz.

Sonuncu nümunə hələ inkişaf mərhələsindədir və Azərbaycan hökumətinin Qərb ictimaiyyəti ilə münasibətlərinin bütün dövrləri üçün səciyyəvidir. Diqqət edin ki, son aylar Aİ və ABŞ nümayəndələrinin Azərbaycanla əlaqələri sıxlaşıb. Bu görüşlər zamanı ölkə hakimiyyətini dialoqu, məsələn, demokratikləşmə sahəsində dialoqu inkişaf etdirməyə dəvət edirlər. Və buradaca başlayır. Bu dəfə Allahı təhqir edən polislərin cəzalandırılması tələbi ilə aclıq aksiyaları keçirilib. Buna cavab olaraq azərbaycanlı ekspertlər və xadimlər İranı daxili işlərə qarışmaqda ittiham edirlər.

Səfirliyin ələ keçirilməsi Azərbaycan üçün fövqəladə hadisədir və Aİ-ABŞ və rəsmi Bakı arasında münasibətlərində yüksək gərginlikdən xəbər verə bilər. Bakının demokratik islahatlar sahəsində öhdəlik götürmək istəməməsi ilə əlaqədar tərəflər uzun illərdir strateji tərəfdaşlıq müqaviləsinin imzalanması haqqında heç cür razılıq əldə edə bilmirlər.

Bakıda dünyəvi hökumətə dini təzyiq Avropa İttifaqının tələbkarlığını zəiflədə və strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə bağlı “dedlaynı” uzada bilər. Brüsseldə və Vaşinqtonda bu, bir daha onunla əsaslandırıla bilər ki, Azərbaycandakı rejimə təzyiq dini (İranyönlü) qüvvələrin rəsmi Bakıya təzyiqi ilə birlikdə Avropanın onsuz da səbatsız olan enerji təhlükəsizliyini sarsıda bilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button