Loading...
Loading...
SEÇMƏ

Azərbaycan Sərsəng su anbarından da istifadə edəcək

Yayımlandı: 24 Avqust 2022 14:45

Tərəflərin bu məsələdə anlaşdığı bildirilir

Avqustun 23-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli mütəxəssislərlə Sərsəng su anbarına baxış keçiriblər.

Məlumatı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin saytı yayıb.

Bildirilir ki, məqsəd ərazidə texniki monitorinqin aparılması və cari vəziyyətlə tanışlıq olub:

“Həmçinin Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi”.

Tərəflərin əsasən iki məsələni müzakirə etdikləri qeyd olunub:

“Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası. Anlaşma və konstruktiv şəraitdə baş tutub görüşdə əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb”.

Qondarma Dağlıq Qarabağ Respublikasının İnformasiya Qərargahı məlumatı təsdiqləyib.

Qərargahı bildirib ki, əhaliyə verilən içməli və suvarma suyunun təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya sülhməramlı qoşunlarının vasitəçiliyi ilə “Artsax Su Komitəsi”nin nümayəndələri bu gündən Azərbaycan tərəfi ilə əlaqə saxlayırlar.

Mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı 1976-cı ildə inşa olunub.

Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir.

Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 min hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır.

Su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası tikilib.

Meydan TV

Gözdən qaçırmayın:  ADR-dən etiraz aksiyası: “Biz “avtobus müxalifəti” deyilik”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button