Loading...
Loading...
Siyasət

Azərbaycan sülhməramlıları Kabil hava limanında qalır

Bakı/17.08.21 Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

“Sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir”, – bu barədə Müdafiə Nazirliyinin avqustun 17-də yaydığı məlumatda deyilir.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir”, – deyə məlumatda bildirilib.—06D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button