Loading...
Loading...
ÖLKƏGündəm

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir”.

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Türkiyənin bütün səviyyələrdə verdiyi mesajları yüksək qiymətləndirir. “Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir əsası olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edir”, – nazir əlavə edib.

Bu yaxınlarda Türkiyə və Ermənistanın münasibətlərinin normallaşması üçün hər iki ölkənin xüsusi nümayəndəsi təyin edilib. Xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa təmas qurmaq üçün yol xəritəsi hazırlanmalıdır.

Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

Xatırlatma

İkinci Qarabağ müharibəsində ( 2020) Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, ErmənistanRusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Kiyev ətrafına Rusiya hərbi konvoyunun cəmləndiyi bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button