Loading...
Loading...
Siyasət

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır

Bakı/11.09.21 12-20 sentyabr tarixlərində Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Birgə təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır”, deyə məlumatda qeyd edilir.

Təlimlərdə iştirak edənlərin sayı və silahlar haqqında məlumat verilmir.

Qeyd edək ki, bu təlimlər Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin sentyabrın birinci ongünlüyündə Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonunda keçirilmiş bir həftəlik təlimlərinin davamı olacaq. -02Â-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Ukraynaya Avropa İttifaqına üzv qəbul edilmədi, amma namizəd oldu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun