Now Reading:
Azərbaycan Ukraynadan aldığı 10 ədəd An-178 təyyarəsinə görə avans ödəyib

Azərbaycan Ukraynadan aldığı 10 ədəd An-178 təyyarəsinə görə avans ödəyib

Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk An-178 təyyarəsinə görə avans alıb. Ukrayna KİV məlumat verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

Nazir qeyd edib: “10 təyyarənin alınması ilə bağlı müqaviləmiz var. Həmçinin, iyun ayında iki təyyarənin təhvil verilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşməni həyata keçirdiyi üçün minnətdarıq”.

Onun sözlərinə görə, “Antonova” təyyarələrinin alınması üçün Türkmənistan, Qazaxıstan və digər ölkələrdən də real təklif var.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.