Loading...
Loading...
ÖLKƏDünya

Azərbaycan və İran arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycan müdafiə naziri Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə bugün, yanvarın 26-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb:

“Görüşdən əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub”.

Vurğulanıb ki, görüş zamanı iranlı nazir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacib amil olduğunu xüsusi qeyd edib:

“… Z.Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib”.

Məlumata görə, görüşdə hərbi əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Müdafiə Nazirliyi ilə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti, eləcə də ikitərəfli razılaşma əsasında həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib:

“Hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.”.”

Zakir Həsənovun İran səfəri yanvarın 25-də başlayıb.

O, bu görüşdən öncə bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bageri ilə görüşmüşdü.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Ukraynalılar "Bayraktar"a mahnı yazdılar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button