Siyasət

Azərbaycan və İranın xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü

Bakı/24.09.21 Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiysında iştirak edən xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb, Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyi qeyd olunub.

Nazirlər ikitərəfli münasibətlərə dair bir sıra məsələləri, həmçinin iqtisadi, energetika, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Həmçinin tərəflər regionda hazırkı vəziyyəti müzakirə ediblər. Bayramov azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə iranlı həmkarına məlumat verib.

Öz növbəsində Abdullahian vurğulayıb ki, İran Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub, məlumatda deyilir. 02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button