Now Reading:
Azərbaycan və Mərakeş arasında sənədlər imzalanıb

Azərbaycan hökuməti ilə Mərakeş hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb.

APA-nın məlumatına görə, imzalanma mərasimi XİN-də keçirilən hökumətlərarası komissiyanın iclasında baş tutub.

İclasda Azərbaycan və Mərakeş hökumətləri arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Bununla yanaşı, iki ölkənin dəmir yolu qurumları arasında, eləcə də Azərbaycan Dövlət Dəniz Akademisyası və Mərakeş Dənizçilik Araşdırmaları Ali İnsitutu arasında niyyət protokoluna imza atılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.