24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı genişləndirəcəklər

Bakı/01.12.21 Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Pakistanın müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan birgə komissiyasının həmsədri Zobaida Cəlalın görüşündə Bakı və İslamabad arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan-Pakistan münasibətlərinin inkişafından məmnunluqlarını bildiriblər, hərbi əməkdaşlığın əsas vektorları müzakirə olunub, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan, Pakistan və Türkiyə hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə üç ölkənin iştirakı ilə ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişafı üzrə işlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Həmçinin hərbi-texniki, hərbi-təhsil sahələrində ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, hərbi istehsalat və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.—06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button