Xəbərlər
Azərbaycan və Rusiya müdafiə nazirləri danışıb
Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə gerçəkləşib
Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə gerçəkləşib.
“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.” – məlumatda qeyd edilir.