Loading...
Loading...
Gündəm

Azərbaycan və Rusiya nazirləri danışdı

İyunun 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, nazirlər bölgədə mövcud cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığında həmçinin, bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələlərinin də müzakirə edildiyi və bu xüsusda üçtərəfli İşçi qrupun fəaliyyətinə də toxunulduğu deyilir.

İşçi qrup bu il yanvarın 11-də Moskvada Azərbaycan, RusiyaErmənistan liderlərinin görüşünün yekunları ilə bağlı yaradılıb. Ona hər üç ölkənin baş nazirlərinin müavinləri sədrlik edir. İşçi qrupun ilk iclası bu il yanvarın 30-da keçirilib.

Xatırlatma

Ötən il 44 günlük müharibə 10 noyabr atəşkəs razılaşması ilə sonuclanıb. Bundan sonra Azərbaycan, ErmənistanRusiya rəhbərləri Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasına da razılaşıblar. Yanvarın 11-də imzalanmış bəyanatla isə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin region ölkələrinin məhdudiyyətsiz istifadəsinə verilməsi nəzərdə tutulur.

24 saat” “Azərbaycan və Rusiya nazirləri danışdı” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button