Xəbərlər

Azərbaycan və Türkiyə birgə təlimlərə başlayıb

Bu gün, aprelin 6-da Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, hərbi rabitəçilər vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər: “Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur”.

Təlimlərin aprelin 8-dək davam edəcəyi bildirilir.

24 saat” “Azərbaycan və Türkiyə birgə təlimlərə başlayıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button