Gündəm

Azərbaycan və Türkiyə generalları görüşür

Bu gün, iyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iclasda iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir. Habelə bildirildiyinə görə, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri, əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Bundan əvvəl Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2019-cu il noyabrın 7-də keçirilmişdi. İclasda 2020-ci il üçün fəaliyyət planı razılaşdırılmışdı.

24 saat” “Azərbaycan və Türkiyə generalları görüşür” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button