Siyasət

Azərbaycan və Türkiyə hərbçlərinin birgə təlimləri

Bakı/02.09.21 Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən bu gün hər iki ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıblar.

Azərbaycanda keçirilən təlimlərdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Təlimlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

Birgə təlimlər sentyabrın 12-dək davam edəcək, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. -03-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button