Xəbərlər

Azərbaycan və Türkiyə qoşunları birgə təlimlərə başlayır

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır.

Bu barədə bu gün, aprelin 4-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda yazılıb ki, aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

Açıqlamaya görə, təlimlər zamanı hərbi rabitəçilər tapşırıqların yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər:

“Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.”
Təlimlərin aprelin 8-dək davam edəcəyi bildirilir.

24 saat” “Azərbaycan və Türkiyə qoşunları birgə təlimlərə başlayır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button