2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan vətəndaşı İranda itkin düşüb

Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşdüyü bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosuna onun anası Dilarə Əsgərova məlumat verib. Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü oğlu Azərbaycan Diplomatik Akademiyasının və Fridrix Şiller Universitetinin magistr dərəcəli məzunudur: “Bir müddət əvvəl Fərid kimliyi mənə məlum olmayan İran İslam Respublikası vətəndaşı, Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub və daha sonra İrana səfər edib”.

Səfərlinin fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. “Bu barədə heç kimə məlumat vermədiyi üçün tarixlə bağlı dəqiq məlumatımız yoxdur. Mart ayının 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirib, kartının işləmədiyini və ona bilet almalarını xahiş edib. O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb”, – Əsgərova bildirib.

Onun sözlərinə görə, bilet Tehran-İstanbul-Berlin reysi üçün alınıb, amma o, Türkiyəyə giriş etməyib: “Məhz buna görə İranda saxlandığını düşünürük”.

Əsgərova Almaniyada və Azərbaycanda müvafiq qurumlara müraciət olunduğunu bildirib: “Aradan beş gün keçməsinə baxmayaraq, Fəriddən heç bir məlumat yoxdur”.

Xarici İşlər Nazirliyindən “Turan”a bildirilib ki, məsələ araşdırılır, lakin, hələlik, qurumda heç bir məlumat yoxdur.

Bütün bu deyilənlər ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə isə danışmaq mümkün olmayıb.

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button