Now Reading:
''Azərbaycan vətəndaşlarının Avropaya vizasız gedişi müzakirə olunur''

''Azərbaycan vətəndaşlarının Avropaya vizasız gedişi müzakirə olunur''

Zahid Oruc: ”Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir”

“Azərbaycan vətəndaşlarının Avropaya vizasız gedişi Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində müzakirə mövzularından biridir”, – APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə deyib. 

Bildirib ki, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir ki qüvvədədir: 

“Saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır. Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayıb.

Ukraynalılar iyunun əvvəlindən Avropa Birliyi ölkələrinə vizasız gedib-gələ biləcəklər. Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.

Bu, Azərbaycan Milli Məclisində müzakirəyə səbəb olub. 

Parlamentin 7 aprel toplantısında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.

Zahid Oruc foto sosial şəbəkə
Zahid Oruc foto sosial şəbəkə.

Tələbi deputat Zahid Oruc gündəmə gətirib. O, Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub. Ancaq bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır”.

24saat.org

Mənbə – www.meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.