Gündəm

Azərbaycan Xəzərdə hərbi təlimlərə başlayır

Oktyabrın 11-dən etibarən Azərbaycan Xəzərdə hərbi təlimlərə başlayır. Məlumatda bildirilir ki, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button