2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun işi üzrə prosesdə qalmaqal

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun işi üzrə prosesdə sonuncu bildirib ki, əvvəlki iclasdan sonra Penitensiar Xidmətin əməkdaşları tərəfindən döyülüb. Lakin hakim Cavid Hüseynov bu bəyanatı diqqətdən kənarda qoyub.

Daha sonra hakim iş sənədlərinin araşdırıldığını bildirib. Bundan sonra müttəhim əllərinin arxadan qandallandığını deyib və hakim konvoylara onları çıxarmağı tapşırıb. Lakin konvoylar qandalları arxa tərəfdən çıxarıb ön tərəfdən taxıblar. Hakim yenidən konvoylara irad tutub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərinin müşaviri Məmməd İbrahim hakimi obyektivlik görüntüşü yaratmamağa və Həsənovun konvoylar tərəfindən döyülməsi barədə bəyanatını diqqətə almağa çağırıb. Buna cavab olaraq hakim İbrahimi zaldan çıxarıb və bu da digər fəalların hiddətinə səbəb olub. Hakim onları da çıxarıb. Bundan sonra hakim iclasın dayandırıldığını bildirib və avqustun 2-dək fasilə elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Həsənov son bir ay yarım ərzində 8 gün quru aclıq edib və onun işinə obyektiv baxılacağına dair vədlərdən sonra aclığı dayandırıb.

*Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz alveri ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button