2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanın ittihamlarına cavab verib

Bakı/09.02.22 Rəsmi Bakı Azərbaycanın Qarabağda “ermənilərə məxsus dini, tarixi və mədəni abidələrin identikliyini dəyişmək” istəyilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin ittihamlarını rədd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayevanın  şərhində deyilir ki, Ermənistan 30 ildir ki, Azərbaycan ərazilərini işğal edib, yüzlərlə şəhər və kəndi məhv edib. Azərbaycanın tarixi, mədəni və dini abidələri talan və məhv edilib.

Bu illər ərzində Ermənistan bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb, törədilmiş cinayətləri gizlədib. Eyni zamanda, Ermənistanın öz ərazisində azərbaycanlıların mədəni irsi məhv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Ermənistan Xarici İşlər Nazirliyini böhtan xarakterli  bəyanatlara son qoymağa və özünü çıxılmaz vəziyyətə salmamağa çağırıb, Leyla Abdullayevanın şərhində deyilir.

Xatırladaq ki, erməni tərəfinin ittihamlarına azad edilmiş ərazilərdə alban irsinin tədqiqi üçün işçi qrupunun yaradılması ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin qərarı əsas səbəb. Qrupun tərkibində yerli və xarici mütəxəssislər olacaq. Onlar xristian irsinin monitorinqini aparacaqlar. Saxtalaşdırma aşkar edilərsə, bu pozuntular beynəlxalq ekspertlərin iştirakı ilə sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. -0

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button