2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan XİN: “İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb”

Yayımlandı: 6 Fevral 2023 17:21

Rəsmi Bakı Tehrandan ciddi atdımlar atmağı gözlədiyini deyir

“Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb. Terrorçunun dəfələrlə səfirliyimizə daxil olmaq cəhdlərinə baxmayaraq, İran polisi bu terror aktının qarşısını almayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamanı fevralın 6-da Xarici işlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə keçirdiyi brifinqdə səsləndirib.

A.Hacızadə bildirib ki, avtomat, tapança və “Molotov kokteyli” ilə silahlanmış terrorçu cəhdinin baş tutmadığını gördükdə səfirliyin əməkdaşlarının ailə üzvlərinin yerləşdiyi mərtəbədəki mənzillərin şüşələrinə atəş açmaqla məqsədinə nail olmağa çalışıb:

“Sonra da səfirliyimizin avtomobilini yandırmağa cəhd göstərib. Sadaladğım amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir. Bütün sübutlar hadisənin mütəşəkkil formada həyata keçirildiyini göstərir”.

“Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur”, – Hacızadə belə deyib.

Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil: “Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.

A.Hacızadə. Foto: Report

O, Tehrandan səsləndirilən bəyanatların heç bir əsası olmadığını bildirib: “Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib”.

Detallara varan idarə rəisi vurğulayıb ki, terrorçu özüylə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb:

“Terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı “Molotov kokteyli”ni səfirlik binasına atmaq istəyib. Daha sonra terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb”.

“Hadisədən sonra İran polisinin fəaliyyəti onu göstərir ki, İran tərəfi indiki məqamda tutarlı tədbirlər görmək niyyətində deyil”, – Hacızadə belə deyib.

İran tərəfdən qənaətbəxş tədbirlər görülmədiyi təqdirdə, hansı addımların atılacağına gəlincə, A.Hacızadə hazırda hər hansısa  məlumat verə bilməyəcəyini söyləyib: “Bu, rəhbərliyin qərarından asılı olacaq”.

Hadisənin qısa xronikası

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölüdürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Yasin Hüseynzadə bu hücumu həyat yoldaşının 9 aydır ki, səfirlikdə saxlanılması ilə izah etsə də, Azərbaycan rəsmi orqanları onun dediklərini rədd edib.

Hadisəni terror adlandıran Azərbaycan XİN elə həmin gün İranın Bakıdakı səfiri Abbas Musəvi nazirliyə çağırıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib.

Həmçinin “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Yanvarın 29-dan Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, diplomatlar təxliyə olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button