Loading...
Loading...
İqtisadiyyat

Azərbaycan yarım ildə xaricdən 42 milyon dollarlıq şokolad alıb

Azərbaycan 2021-ci ilin 1-ci yarısında 14 min 164 ton şokolad idxal edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 16,2% çoxdur.

Bu barədə hökumətdən məlumat verilib.

Ölkəyə idxal olunan şokoladın dəyəri 42 milyon 193 min dollar həcmində qiymətləndirilir (artım 25,5%).

Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Xüsusilə, 2021-ci ilin 6 ayı ərzində Rusiyadan 17 milyon 232 min dollar dəyərində (artım 19%) 7 min 706 ton (artım 15,9%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 54,4%-i RF-nin payına düşüb.

Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. Birinci yarımillikdə bu ölkədən 2 milyon 250 min dollar dəyərində 1061 ton məhsul idxal edilib.

Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında 1 milyon 975 min dollar dəyərində (artım 8,8%) 991 ton (artım 27%) şokolad ixrac edib. Həmçinin, Rusiyaya 634 min dollarlıq (artım 25,3%) ixracın həcmi 323 ton (artım 31%) olub.

İnterfaks-Azərbaycan

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button