Cəmiyyət

Azərbaycana gələn iş adamını İsveçdə niyə axtarırlar?

Bu gün “24 saat“-ın elektron poçtuna İsveçdən şikayət məktubu daxil olub. Məktubda Azərbaycanda biznes quran Anar Məmmədov adlı şəxsin xoşagəlməz əməllərindən bəhs olunur. Şikayətçi həmçinin Anar Məmmədov adlı biznesmenin videolarında İsveç dilində Azərbaycanı təhqir etdiyini də iddia edir.
24saat.org” olaraq şikayət ərizəsini bəzi xırda redaktələrlə təqdim edirik:
“Bu günlərdə qarşıma İsveç vətəndaşı Anar Məmmədovun Azərbaycanda Xanlar rayonunda otel tikməsi haqqında video çıxdı. Videonu “Misra TV”-nin rəhbəri Fuad Abbasov hazırlayıb. O belə təqdim edirdi ki, İsveçdə bir azərbaycanlı pul qazanıb və gəlib vətənində iş görür. Bu iş adamı kimi təqdim olunan Anar Məmmədov, əslində, İsveç vətəndaşı Belehkim Abdelkebir adlı insanın inamından istifadə edərək onun ev tikmək üçün hesabına köçürdüyü 1 milyon kron (114458.38 ABŞ dolları – red) pulunu mənimsəyərək gedib Azərbaycana.
Amma təkcə bu deyil. İsveçdə açdığı “Beleh Malare ochh Stad” adlı firması vasitəsilə müxtəlif tikinti firma və mağazalarından direl, texniki avadanlıqlar, tikinti materialları alaraq Azərbaycana gətirib. Həmin avadanlıqların bir qismi hələ də onun Gəncədəki evinin həyətindəki konveyrnerdə saxlanılır. Bu cür vasitələrlə dələduzluq edərək (iddia şikayətçiyə aiddir) İsveç vətəndaşlarına və dövlətinə külli miqdarda zərər vurub sonra qaçıb Azərbaycana.
Yaxın aylarda İsveçə gəlib yenidən atmaq istəyib. Amma görəndə ki, onu polisə veriblər gizlicə aradan çıxıb. Eyni zamanda çeçen icmasına da atdığı üçün o icma da Anarı axtarır. Bütün yazdıqlarım real faktlardır, yoxlaya bilərsiniz. Mənim sözüm bu şəxsin kimlərisə atıb-atmamağında deyil. Bu şəxs içkili vəziyyətdə Şəhidlər Xiyabanınından Bakıya baxaraq İsveç dilində Azərbaycanı söyür, bu azmış kimi türk dilində “a**na qoyum Azərbaycanın” deyir. Müqəddəs bir yerdə mənim şəhidimin qanı tökülən Azərbaycanı təhqir etməyə ona kim icazə verib? 
Bu azmış kimi, Daşkəsən rayonunun Xoşbulaq kəndində zibillikdə inəklərin dolaşdığını görüb canlı yayım açıb onları ölkəni ələ salır. Təhqir edir. Kim deyir ki, ölkədə problem yoxdur? Amma bu iş adamıdırsa, o zaman adiyyatı quruma üz tutmalı, ölkəsini qaydaya salmağa çalışmalıdır, təhqir etməli deyil.
Materialları sizə göndərirəm. Özünüz baxıb nəticə çıxarın. “
Anar Məmmədovun iddiarla bağlı münasibətini öyrəndikdən sonra, geniş yazı hazırlayacağıq.
Azərbaycana gələn iş adamını İsveçdə niyə axtarırlar?
Azərbaycana gələn iş adamını İsveçdə niyə axtarırlar?
Azərbaycana gələn iş adamını İsveçdə niyə axtarırlar?

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button