2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycana gələn pul artıb

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin birinci yarısının yekunları ilə bağlı “Pul Siyasəti İcmalı”nı açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sənədə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyard 128 milyon ABŞ dolları məbləğində pul baratları (Bank, maliyyə müəssisəsi və ya poçt vasitəsilə göndərilən pul) daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur. Sənəddə pul baratlarının hansı ölkələrdən gəldiyi qeyd olunmur.

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, Azərbaycana daxil olan pul baratların həcmində artım Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli ola bilər: (Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib-red.) “Azərbaycana ən çox pul Rusiya və Ukraynadan göndərilir. Ukrayna və Rusiyada öz sahibkar fəaliyyətini rahatlıqla həyata keçirə bilməyən azərbaycanlılar pullarını hansısa bir şəkildə Azərbaycana ötürmək məcburiyyətində qalıblar. Çox böyük ehtimalla bu pulların böyük bir hissəsi də sanksiyaların daha ciddi şəkildə tətbiq olunduğu dövrə qədər Azərbaycana daxil olub. İş adamları öz vəsaitlərini qorumaq məqsədilə bu addım atıblar”.

Adlarının çəkilməsini istəməyən bir sıra Azərbaycan vətəndaşları isə iddia edirlər ki, Rusiyadan gələn rublun böyük bir hissəsi də dollar şəkilində Azərbaycandan geri göndərilir. Amma, hələlik, bu ilin altı ayında Azərbaycandan xaricə köçürülən vəsaitin məbləğini öyrənmək mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button