Now Reading:
“Azərbaycana qarşı “sülh göyərçinləri” əməliyyatı keçirilir”

Arif Hacılı son proseslərrə münasibət bildirdi

“İndi Ermənistanın Azərbaycana qarşı əsas silahı teatrlaşdırılmış xoşməramlı missiyalar, xalq diplomatiyası, tolerantlıq təbliğatıdır”.
24saat.org xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib:

“Ən yaxın tarixdə təqribən 12 min kv.km ərazimizi işğal etmiş, 1 milyonadək soydaşımızı yurdlarından didərgin salmış, Xocalı soyqırımını törətmiş, 20 mindən çox vətəndaşımızı qətlə yetirmiş bir xalqın alimi də, müğənnisi də, siyasətçisi də, Baş Naziri də sülhdən, dostluqdan, müharibədən əvvəlki münasibətlərin bərpa olunmasından danışır.
Paşinyan oğlunu Azərbaycan ərazisində olan qanunsuz silahlı dəstələrdə xidmət üçün göndərməsini belə sülhpərvərlik nümunəsi kimi təqdim edir.
Anna Akopyan (Paşinyanın həyat yoldaşı) “Sülh naminə qadınlar” təşkilatı yaradıb, biz sülh istəyirik, bəs siz nə istəyirsiniz?” – deyir.
Bütün bunlar Azərbaycan ərazilərində daha bir erməni dövləti yaratmaq planının indiki mərhələyə aid tərkib hissəsidir.
Mövcud vəziyyətlə barışmağımıza, ərazilərimizi işğaldan azad etmək üçün təşəbbüs göstərməyimizin, hətta bu barədə danışmağımızın mümkün olmadığı bir mühit yaratmağa çalışırlar.
Azərbaycana qarşı “sülh göyərçinləri” əməliyyatı keçirilir.
Rusiyanın rəhbər şəxslərinin də erməni müğənisi ilə birgə qatıldığı “JARA” festivalına, “xalq diplomatiyası” adlandırılan məzhəkəyə, ermənilərin müxtəlif ad altında Bakı səfərlərinin təşkilinə etirazlar, zövqlər, tempitamentlər fərqinə aid bir məsələ deyil.
Azərbaycana qarşı həyata keçirilən “sülh göyərçinləri” əməliyyatına xalqın müqavimətidir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.