Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Azərbaycana ucuz yağ gətirməyə başlayıblar – Bahalaşır

Azərbaycanda kərə yağı idxalçıları onun bahalaşmasını görərək, bu il daha ucuz yerlərdən yağ almağa başlayıblar.

Dünyada böhrandan qaynaqlanan əmtəə qiymətlərinin bahalaşması qida sektorunda da təsir göstərib. Enerji qiymətlərinin bahalaşması, bəzi ölkələrin böhranla əlaqədar strateji ehtiyatlarını qoruması qıtlıq yaradır ki, bu da qiymətlərə təsir edir. Azərbaycan ötən illə müqayisədə kərə yağına hər tonda əlavə 484 dollar pul xərcləyib. Yəni, orta ölçüdə qiymətlər 10% bahalaşıb. Lakin bu qiymət artımı əslində İranTürkiyə hesabına bir qədər neytrallaşıb, yüksək rəqəm ortaya çıxmayıb.

İdxal edilmiş kərə yağında əsas payçısı Yeni Zelandiyadır. Amma Yeni Zelandiyadan idxal edilmiş kərə yağının qiyməti 30% bahalaşaraq hər kq üçün 5.94 dollara başa gəlir. 2022-ci ilin birinci rübündə Yeni Zelandiyadan 1.75 min ton çəkidə (10.37 mln. dollar) kərə yağı gətirilib. İllik müqayisədə bu ölkədən idxal 16% azalıb.

Buna görə də, idxalçılar daha ucuz başa gələn bazara üz tutublar. Məsələn, İrandan gələn yağ 6% bahalaşaraq 4.23 dollara olub.

İran ikinci sırada adətən yer alan Ukraynanı əvəzləyib. İdxalçılar İran İslam Respublikasında 2022-ci ilin birinci rübündə 1.59 min ton (6.73 mln. dollar) həcmində kərə yağı gətiriblər ki, bu da illik müqayisədə 43 faiz artım deməkdir.

Ötən illə müqayisədə nisbətən baha olan Almaniya və Fransa yağlarının idxalı da azalıb.

Qeyd edək ki, Azərbaycan daxili bazarında ilin ilk üç ayında 1.5% artıraraq 6.5 min ton kərə yağı istehsal edib.

24 saatAzərbaycana ucuz yağ gətirməyə başlayıblar – Bahalaşır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Avro dollardan ucuz olsa... - 24 saat

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button