İqtisadiyyat

Azərbaycana xarici investisiyaların həcmi kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-367,6 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 182 mln. dollar) kapitalın repatriasiyası (2 549,6 mln. dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 453,7 mln. dollar (38,1% artım) olub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,5 mlrd. dollar (5,9% artım) olunub.

APA

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button