İqtisadiyyat

Azərbaycanda ən çox bu model smartfonlar satılıb

2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung” liderliyini qoruyub.

Bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verilir.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında “Samsung”un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan “Xiaomi”nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.

“Apple” smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında digər markaların payı isə 5,5 faiz təşkil edib.

trend

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button