2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda 13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib

“Ölkə üzrə təxminən 13 min şəxsin 190 manatlıq birdəfəlik ödəmədən sonradan yararlanması ləğv edilib”. 

az24saat.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilmişdi: “Sosial şəbəkələrdə barələrində məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı”. 

Saytların yığılması Saytlarin yigilmasi

S.Babayev bildirib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insan da olub: “Bura həm də iş yeri taparaq əmək müqaviləsi imzalayan daxildir. Çünki ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcburi əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button