Loading...
Loading...
Xəbərlər

Azərbaycanda 1703 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib 

Bakı/03.12.21 Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1703 yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 593 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 min 999 nəfər müalicə olunaraq sağalıb, 7 min 929 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 660 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 211, bu günə qədər isə ümumilikdə 5 milyon 578 min 401 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək  vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 639 min 817, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 91 min 635, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 583 min 569 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 964 min 613 nəfər təşkil edir.Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.-03-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button